Yolu keçmək istəyən piyadanı maşın vurdu


Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Mirzəyev Rəşad Məsim oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada dərhal xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.