İstirahət günlərində Azərbaycanda cinayət törədən 61 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, istirahət günlərində törədilən 47 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.