Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü İman Hüseyn oğlu Əliyev bıçaqlanıb. O, qarnın sağ tərəfinin kəsilmiş-deşilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata alınıb.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.