İranın qərbində zəlzələ olub


İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 4,6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 06:53 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və təlafat haqda məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.