Jurnalist Məhəbbət Orucovun ailəsində - FACİƏ


Jurnalist Məhəbbət Orucovun yeganə oğlu Seymur Sərdarzadə faciəli surətdə həyatını itirib.

Lent.az -ın məlumatına görə, avtomobil qəzasına düşən 32 yaşlı Seymur xəstəxanaya yerləşdirilsə də, dünən səhər saatlarında keçinib.

Seymur Sərdarzadə iki azyaşlı övladı olub.

Mərhumun yas mərasimi Məhəbbət Orucovun Maştağadakı evində keçirilir.

Qeyd edək ki, jurnalist Məhəbbət Orucov “Ekspress”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Binəqədi” qəzetlərində çalışıb.

Allah rəhmət etsin…