Bakıda 15 yaşlı qız itkin düşüb.
APA-nın məlumatına görə, Xətai rayon sakini Gülşən Bədəlova rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan qızı, 2005-ci il təvəllüdlü Fatimə Bədəlovanın evdən çıxaraq getdiyini və geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.