Yeniyetmə qız intihara cəhd edib

Ağstafa rayonunda  intihara cəhd hadisəsi qeydə alınıb.
“Report”un məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 17 yaşlı yeniyetmə qız yaşadığı evdə özünü asaraq intihara cəhd edib.

O, ağır halda xəstəxanaya aparılıb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən yeniyetmənin vəziyyəti ağır olaraq qalır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.