Şəmkirdə taksi sürücüsü 27 yaşlı arvadının boğazını kəsdi - YENİLƏNİB - FOTO


Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.




 APA bildirir ki, hadisədən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb.

Bu barədə əməkdaşımıza arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.

Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib. 

Xəbərə fotolar da əlavə olunub. 


----------
13:13

Şəmkirdə həyat yoldaşını qətlə yetirən 29 yaşlı Mübariz Məmmədov saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Posanlı yaşayış massivində ailə münaqişəsi zəminində həyat yoldaşı - 27 yaşlı Nailə Allahyar qızı Məmmədovanın boğazını kəsərək qətlə yetirən M. Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

M.Məmmədov rayonda taksi fəaliyyəti ilə məşğul olur. 

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.