Türkiyədə 1 gündə ardıcıl iki zəlzələ oldu


Türkiyənin Kayseri şəhərində 3.5 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin (AFAD) yaydığı məlumata görə, episentri Kayseri şəhərində olan yeraltı təkanların ocağı yerin 7.2 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

***

Türkiyənin Manisa vilayətinin Qırxağac rayonunda 4.1 bal gücündə zəlzələ olub.

Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.