Şabran rayonunda bıçaqlanma faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 1984-cü il təvəllüdlü Bağırov Elnur Arif oğlu bıçaq xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun müalicəsi hazırda tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.