Şamaxıda gənc oğlan özünü öldürdü


Şamaxı rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Cavanşir Babayev küçəsindəki 2 saylı binada baş verib.

İki mərtəbəli ümumi yaşayış binasında yaşayan 18 yaşlı Babayev Nurlan Namiq oğlu binanın giriş hissəsində özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutub. O, təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.