Rejissor koronavirusdan öldü


Rusiyalı rejissor Sergey Litovets 58 yaşında koronavirusdan dünyasını dəyişib.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə rejissorun həmkarı Nataliya Ququeva məlumat yayıb.

"Həmkarım, sənədli filmlərin rejissoru aprelin 30-u axşam xəstəxanada koronavirusdan rəhmətə getdi. 12 Apeldən virusla mübarizə aparırdı. Bacarmadı, getdi”- rejissor xanım yazıb.

Hazırda rejissorun xanımı və oğlu da koronavirusdan müalicə olunurlar.

Sergey Litovets 1961-cil noyabrın 25-də Kazanda anadan olub. "Arbat oğlanları", "Şahidlər", "Küçük", "Brejnyevin öpüşü" onun filmləridir.