Zaqatalada daş sexi yanıb

Zaqatala rayonunda ümumi sahəsi 360 m² olan daş sexinin dam örtüyünün taxta atmaları 70 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Sexin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.