Zaqatalada "Opel" markalı avtomobil yanıb


Zaqatala rayonunda "Opel" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi  yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.