Bakıda bir çox abonentin qaz təchizatı müvəqqəti dayandırılıb


Bakıda yanğınla bağlı bir çox abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.

APA bildirir ki, bu barədə “Azəriqaz”ın Mətbuat katibi Ceyhun Səfərov Facebbo səhifəsində xəbər verib:

“Binəqədi rayonu, Xocəsən qəsəbəsində piyada keçidinin yanında anbar yanıb. Yanğının qazla əlaqəsi yoxdur. Təhlükəsizlik tədbiri olaraq fəsadlar aradan qaldırılana qədər Bakı Regional qaz istismarı Departamenti bir qrup abonentin qaz təchizatını müvəqqəti dayandırıb”.