Moskvada güclü yağış 30-dan çox avtomobil yolunu su altında qoyub 



Rusiyanın paytaxtı Moskva şəhərində güclü yağışlar 30-dan çox avtomobil yolunu su altında qoyub.

Trend-in "Delovoe TV"yə istinadən verdiyi məlumata görə, güclü yağışlar nəticəsində 33 avtomobil yolu və 2 yeraltı piyada keçidi su altında qalıb.

Bundan əlavə, bəzi yerlərdə torpaq sürüşməsi aşkar edilib, 10 ağac güclü külək nəticəsində aşıb.