İnsanlar avtomobillərində çıxılmaz vəziyyətdə qalıb: Türkiyəni də leysan "vurdu" - FOTOLAR


Türkiyənin bir çox şəhərlərini leysan yağışlar iflic edib. Kırklarelinin Pınarhisar qəsəbəsində şiddətli yağışlar səbəbindən insanlar avtomobillərində çıxılmaz vəziyyətdə qalıb. Sel sularına görə bir sıra qəsəbələr arası yollar  nəqliyyata bağlanıb.





Sherg.az türk mediasına istinadən xəbər verir ki, qəsəbənin bir çox prospekt və küçələri sulara qərq olub, bəzi evləri su basıb. 4 nəfəri xilasedicilər qurtarıb.

Avtomobilləri su içində qalan sürücülər isə maşınlarını qoyub, bölgədən uzaqlaşıb. Sel suları bəzi istinat divarlarının da yıxılmasına səbəb olub.

Hazırda bələdiyyə qrupları, evlərdən suları boşaltmaq üçün  səfərbər olunub, sahibkarlar və vətəndaşlar da ev və iş yerlərindəki suları boşaltmaq üçün səy göstərirlər.

Turan