Tanınmış DJ güllələndi


Türkiyənin Koceli şəhərində böyük kütlə tərəfindən tanınan DJ Ləvənt Bat güllələnib.

Kult.az xəbər verir ki, tanınmış DJ-in öz dostu İbrahim Ö. tərəfindən qətlə yetirildiyi bildirilib.

Məlumata görə, İbrahim Ö. dostunun evinə gəlib və atəş açaraq onu yaralayıb. Hadisə yerinə gələn həkimlərin bütün müdaxilələrinə rəğmən musiqiçinin həyatını xilas etmək mümkün olmayıb.

İbrahim Ö. dostunu zarafat əsnasında bilmədən vurduğunu iddia edib.

Artıq hadisə ilə bağlı cinayət işi açılıb.