Gəncədə üstünə beton plitə düşən şəhər sakini öldü

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsindəki həyət evlərinin birində qeydə alınıb.

1968-ci il təvəllüdlü Fuad Qurbanov müxtəlif bədən xəsarəti ilə xəstənaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib. Ancaq həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, 52 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, F.Qurbanov yaşadığı evdə hamamın betonunu sökən zaman üstünə beton plitə düşüb.