Lənkəranda çay içmək istəyən şəxs xəstəxanalıq olub.
“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə rayonun Xanbulan kəndində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Cəfərov İsgəndər Tofiq oğlu ehtiyatsızlıqdan bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. Buna səbəb samovarı yandırmaq istəyərkən səhvən benzindən istifadə etməsi olub.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.