Gürcüstanda iki soydaşımıza atəş açılıb !- Bu işdə erməni "əl"i varmı? – CAVAB 

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlıya atəş açılıb. Məlumata görə, hər iki şəxs orta yaşlı kişidir.  Hüzr yerindən qayıdarkən yolda naməlum şəxslər onlara atəş açıblar. 
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub. Faktla bağlı araşdırma aparılır.



Qarabağ məsələsinin gündəmdən düşmədiyi, necə deyərlər, “hər daşın altından erməni əlinin çıxdığı” bir vaxtda bu olay, həqiqətən, müəmmalıdır. “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli də məsələ barədə “Sherg.az”a danışarkən dəqiq bir fikir söyləmədi: 
“Düzü, Qarabağ məsələsinin Gürcüstana transformasiya olunduğunu düşünmürəm. Çox güman, bu, məişət zəminindədir. Hər halda istintaq aparılmalıdır. Gürcüstanda belə hadisələr müntəzəm olur. Amma sizin dediyiniz variantı da istisna etmirəm. Yəqin, araşdırmadan sonra bu haqda daha ətraflı danışa bilərik”.