Türkiyədə qar uçqunu altında qalan 2 əsgərdən biri ölüb


Türkiyədə Hakkarinin Semdinli rayonunda qar uçqununda bir əsgər şəhid olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, güclü qar yağması nəticəsində Semdinlidə yerləşən hərbi bazanın yolu bağlanıb.

Əsgərlər yolu açarkən qar uçqunu baş verib, 2 əsgər uçun altında qalıb. Onları xilas edib, xəstəxanaya çatdırıblar. Həkimlərin cəhdlərinə baxmayaraq əsgərlərdən biri ölüb.