Rusiyanın Nijeqorod vilayətinin Kudma qəsəbəsində bir mənzildən dörd nəfərin cəsədi aşkar olunub. Aralarında bir uşağında olduğu şəxslərin qətlə yetirildiyi müəyyən edilib.
“RİA Novosti” xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.
“Kudmada dörd nəfər qətlə yetirilib. Nənə, baba, ana və körpə”, - deyə mənbə qeyd edib.
Ölənlərdən babanın 64, nənənin 63, ananın 41, uşağın isə 5 yaşı var. Hadisə yerinin müayinəsi zamanı istintaqçılar zorakılıq əlamətləri aşkar ediblər.
Rusiya DİN-in Vladimir vilayəti üzrə idarəsindən verilən məlumata görə, cinayətlə əlaqədar dörd nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla əlaqədar yerli prokurorluq orqanları tərəfindən istintaq araşdırmaları aparılır.