Enerji obyektlərinə hücum... - Terrorun qarşısı alınıb 

Rusiyanın Kalininqrad bölgəsindəki enerji obyektlərinin birində terror hücumu hazırlayan şəxs saxlanılıb. 
“Sherg.az” xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən xəbər verilib. “FTX Kalininqrad bölgəsindəki təxribatın qarşısını alıb. Hökumətə nifrət edən həmin adam isə həbs olunub”- deyə məlumatda bildirilir.
Yaxınlıqdakı digər vətəndaşların da təxribat cəlb edildiyi və hadisə yerində partlayıcı qurğunun, həmçinin Rusiyanın icra və qanunverici orqanları əleyhinə ifşa xarakterli məlumatların aşkarlandığı bildirilir.
Qeyd edək ki, saxlanılan şəxs haqqında cinayət işi açılıb.