Xızıda qarlı yolda qalanlar xilasedicilərdən kömək istədi

Xızı rayonunun Qızılqazma kəndində “VAZ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə kömək üçün müraciət daxil olub.

Sherg.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.