Nərimanov rayonunda gənc oğlana  5 bıçaq zərbəsi vurulub

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xutor yaşayış massivində qeydə alınıb.

1998-ci il təvəllüdlü Rzayev İftixar Tərxan oğluna naməlum şəxs tərəfindən beş bıçaq zərbəsi vurulub. Yaralı döş qəfəsinin və kürəyinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırılır.