Ağsuda 8 Mart Günü 15 yaşlı qız intihar edib


Ağsu rayonunda 15 yaşlı qız 8 Mart Qadınlar Günündə intihar edib.

Sherg.az “Qafqazinfo”ya istinadən bildirir ki, rayon sakini, 15 yaşlı Pərvanə Salahzadə martın 8-də intihar edib.

O, yaşadıqları evin həyətində yerləşən çinar ağacından özünü asıb.

Faktla bağlı araşdırma aparılır.