“Respublika” qəzetinin baş redaktoru vəfat etdi


“Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru Teymur Əhmədov vəfat edib.

Bu barədə “Füyuzat” jurnalının “Facebook” səhifəsində məlumat paylaşılıb.

Qeyd edək ki, Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. 1990-1991-ci illərdə “Vətən həsrəti”, 1992-1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləyib. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışıb.