Gəncədə itkin düşən qızın meyiti zibillikdən tapıldı - YENİLƏNİB

Bir ay əvvəl Gəncədə itkin düşən 19 yaşlı qızın qısqanclıq zəminində qətlə yetirildi bildirilir.

Oxu.Az-ın məlumatına görə, qətli törətməkdə şübhəli bilinən Sərdar Cəfərov Gəncə Dövlət Universitetin tələbəsi olub.

18:24

Bir ay əvvəl Gəncədə itkin düşən 19 yaşlı qızın meyiti tapılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 2002-ci il təvəllüdlü Pərvin Musayevanın meyiti bu gün Gəncə şəhərində zibilliklərin birindən tapılıb.

Qızın qətlində sevgilisi Sərdar Cəfərov şübhəli bilinərək saxlanılıb. İlkin ehtimala görə, S.Cəfərov qızı boğaraq öldürüb.