Xırdalanda itin ayaqlarını qırdılar. "Sherg.az"ın əməkdaşı xəbər verir ki, hadisə "Abşeron" Gənclər Şəhərciyində baş verib. İtin bir qabaq və bir arxa ayağı sınıb. İtə işgəncənin hansı şəraitdə və niyə baş verməsi məlum deyil. Artıq 3 aya yaxındır, bu canlı ağır vəziyyətdə qalıb, bəzən sakinlər onun acından ölməməsi üçün yemək verirlər. İtin arxa ayağı şişib və davamlı çirkli qan axır. Qabaq ayağı isə əyri bitişib ki, bu vəziyyət də itin yeriməsini tamamilə əngəlləyir. Aidiyyəti qurumlardan bu itlə bağlı tədbir görmələrini xahiş edirik.
Videonu təqdim edirik: