Ağstafada 5 nəfər dəm qazından zəhərlənib - YENİLƏNİB


Ağstafada dəm qazından zəhərlənənlərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, dəm qazından 1967-ci il təvəllüdlü Məmmədova İradə Paşa   qızı, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad   İbrahim  oğlu, 1984-cü il təvəllüdlü Məhərrəmova İlhamə Məhər qızı  və 1989-cu il təvəllüdlü  Məmmədov Emil İbrahim oğlu zəhərlənib.

Evdə olan azyaşlı - 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Rəşad oğlunda isə yüngül zəhərlənmənin əlamətləri olub.

 

***

saat 08.02

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində baş verib.

Biri azyaşlı olmaqla, bir ailənin 4 üzvü yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bidirilir.