Maşın balasını ayaqladı, ana it saatlarla göz yaşı axıtdı - İçacıdan video

Bu günlərdə "Abşeron" Gənclər şəhərciyində olduqca təsirli və qandonduran hadisə baş verib.

"Sherg.az" xəbər verir ki, insanların gözü qarşısında itin balasını maşın başından ayaqlayıb və küçük yerindəcə tələf olub. Əlbəttə, onun da bir canlı olduğunu düşünsək, bir canlının başının maşın təkərləri altında qalmasını görmək və həzm etmək çətindir.

Ağrı bununla bitmir.

Cansız, nəfəssiz balasının başı üstündə dayanıb saatlarla göz yaşı axıdan ana iti müşahidə etmək isə daha dəhşətlidir. Gəlin, o içacıdan mənzərəni izləyək: