"Mavi Balina" oyunu oynayan gənc azərbaycanlı özünü asıb

Martın 21-dən itkin düşən, Dmanisi rayon sakini Hüseyn Nəsibovun dünən meyiti tapılıb.

24News.ge xəbər portalına verilən məlumata əsasən, gəncin cansız bədəni öz həyətlərindəki qarajda asılı vəziyyətdə aşkar olunub.

Yerli sakinlər bildirir ki, gəncin intihar etdiyi yerdə, onun mobil telefonu tapılıb. Telefonda "Mavi Balina" adlı oyun aşkar edilib və gənc öz telefonunda 'bu profilin sahibi öldü'-deyə qeyd edib.

Ehtimal olunur ki, Hüseyn Nəsibov qadağan olunmuş oyunda ona tapşırılan misyanı sona çatdırmaq üçün, özünü intihar edərək asıb.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində "Mavi Balina" oyunu nəticəsində yüzlərlə insan özünə və ailəsinə qəsd edib. Hazırda sözügedən oyunun istifadəsi və paylaşılması qadağan edilib.