Polis Azərbaycanın üç rayonda əməliyyat keçirib

Polis Azərbaycanın 3 rayonda əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, keçirilən əməliyyatlar nəticəsində Qusar rayonu Xurel kənd sakini İ.Şıxzadayevdan müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı tüfəng, Hacıqabul rayonunun 2-ci Udulu kənd sakini N.Yəhyayevdən 1 ədəd “TOZ-16” markalı tüfəng, Sabirabad rayon sakini V.Qurbanovdan isə 1 ədəd ov tüfəngi götürülüb. 

Hər üç faktla bağlı araşdırma aparılır.