Dəhşətli olay: Qadın ərinin üzündə oturdu: kişi öldü

Rusiyada 100 kiloqram ağırlığında olan Tatyana adlı qadın mübahisə etdiyi ərinin üzündə oturub.
“Sherg.az” “Haberler.com”a istinadən bildirir ki, həyat yoldaşının yalvarmasına baxmayaraq, qadın ondan üzr istəməsini tələb edib.
Aidar adlı kişi imtina etdikdə isə arvadı onun üzündə oturub və nəticədə kişi nəfəssiz qalıb.

Tatyana ərinin öldüyünü biləndə sonra qışqırıb və evə gələn qonşular tez təcili yardım çağırıblar. Qadın hadisə zamanı əri ilə birlikdə həddindən artıq içki içdiyini və ərini sakitləşdirmək üçün onun üzündə oturduğunu söyləyib.

Məhkəmə Tatyananın səhlənkarlıq nəticəsində qətli törətdiyini qeyd edərək ona 18 ay ərzində ictimai işlər görməsini əmr edib. Lakin faktla bağlı araşdırma aparılır.