Dəhşətli qəza: Motosiklet havaya qalxdı və...

Türkiyənin Amasya şəhərində dəhşətli qəza yaşanıb. Bu barədə “Sherg.az” “Habertürk”ə istinadən xəbər verir. Bildirilir ki, motosikletlə avtobus toqquşub. Bu zaman yüksək sürətlə hərəkət edən motosiklet havaya qalxıb və avtobusun üstünə düşüb. Nəticədə motosikletin sürücüsü Çağrı Kəskin həyatını itirib.