Keçmiş polisin bağından 14 cəsəd tapıldı - FOTOLAR

Amerikada qətl törətməkdə günahlandırılan keçmiş polisin evindəki bağçasında 14 cəsəd tapılıb.
"Sherg.az" "Haberler.com"a istinadən xəbər verir ki, bağda hələ də əksəriyyəti qadın olmaqla təxminən 40 cəsədin olduğu düşünülür.
Prokurorluq 2005-ci ildə polis vəzifəsindən qovulan Hugo Osorio Çavezin 10 ildən çox müddətdə təxminən 20 qətl törətməkdə şübhəli olduğunu bildirib. Çaves apreldə 57 yaşlı bir qadını və 26 yaşlı qızını öldürdüyü üçün tutularaq istintaqa cəlb edilmişdi.
Polis qrupları şübhəlinin evində edilən axtarış zamanı isə bağda basdırılmış 14 cəsəd tapıb. Cansız cəsədlər DNT testi üçün ekspertizaya göndərilib. Çavezə ölüləri gizlətməyə kömək etməkdə şübhəli bilinən 10 nəfər tutulub.
Hadisə ilə bağlı istintaq davam etdirilir.