Zərdabda 15 yaşlı qız faciəvi şəkildə öldü


Zərdabda 15 yaşlı qızı elektrik cərəyanı vurub.

Sherg.az  "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəkkəoba kəndində baş verib.

Kənd sakini, 2006-cı il təvəllüdlü Müzəffərli Selcan Elvin qızı elektrik çaydanından istifadə edərkən, onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.