Bakıda avtomobil piyadanı vurub

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.


1989-cu il təvəllüdlü Vüsal Vəliyev yolu keçərkən onu avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.