Göygöldə yaşlı kişi meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə Gəncə çayının Göygöl rayon ərazisindən keçən hissədə yaşlı kişi meyiti tapılıb.
Həmin şəxs Göygöl rayon sakini 1937-ci il təvəllüdlü Musayev Süleymandır.
Meyitin üzərində ilkin müşahidə zamanı hər hansı bir zorakılıq aşkar edilməyib. Cəsəd ekspertizaya göndərilib.
Faktla bağlı Göygöl prokurorluğunda araşdırma aparılır.
![](https://sherg.az/uploads/editor/c8f8f80115d13d3dbb9696aa34ca624c.jpg)