Bərdədə bir neçə obyekt yandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bərdə rayonunda çay evində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, yanğın bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdə baş verib.

Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın söndürülüb.