Qandondura hadisə! - Kabinədən cəsəd çıxdı - Hamı şokda! 

Avstraliyada solaryum mərkəzində baş verən hadisə bütün ölkəni şoka salıb.
"Sherg.az" "Hurriyet.com"a istinadən bildirir ki, bronzlaşma salonuna gedən şəxs müştəri kabinəsində cəsədə rast gəlib.
Sözügedən şəxs 50 yaşlı müştəriyə ilk tibbi yardım göstərsə də, nəticəsi olmayıb.
Polisin verdiyi məlumata görə, müştəri saat 14:30-da solaryum salonuna girib və kabinələrdən birinin dolu olduğunu görüb. Sözügedən kabinənin saat 16:45-də hələ də bağlı olduğunu görən müştəri bundan şübhələnib və kabini açıb.
Talehsiz qadın müştərinin müdaxiləsinə və hadisə yerinə gələn həkim qruplarının səylərinə baxmayaraq xilas ola bilməyib. Qadının tapılmadan öncə öldüyü açıqlanır. Cəsəddə heç bir təcavüz izi olmayıb.