Həyat yoldaşına ad günü tortunu çatdıra bilmədi, qəzada öldü

Türkiyənin Antalya şəhərində bir avtomobillə çarpışan motosikletin sürücüsü həyat yoldaşının ad gününə tort alıbmış.

Motosiklet sürücüsü 60 yaşlı Alibeke Fındık qəzada  ağır yaralanıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki,  motosiklet idarə edən Alibeke Fındığın qəzada öldüyü gün həyat yoldaşı Çigdem Fındığın ad gününə sifariş verdiyi  tortu alıb evə dönürmüş. Antalyanın Manavgat Əmək Məhəlləsində Mustafa Böyükarslanın idarə etdiyi avtomobillə toqquşub.  Alibeke Fındığın başında kaska olsa da, qəzada ağır yaralanıb. Aparıldığı xəstəxanada həkimlər həyatını xilas edə bilməyib. Çigdem Fındıq xəbəri alıb xəstəxanaya gəldikdə həyat yoldaşının onun ad gününə tort almış olduğunu görüb. Lakin həyat yoldaşının ad gününü təbrik etmək qismət olmayıb.