Baxıcını yaraladı...

Aslan qəfəsdən çıxıb qaçdı

Qaziantep zooparkında qorxulu anlar yaşanıb. Aslanları yemləmək üçün qəfəsə daxil olan baxıcının sayıqlığı bir anlıq itirməsi aslanlardan birinin onu yaralayaraq qəfəsdən çıxmasıyla nəticələnib.
“Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Qaziantep böyük şəhər bələdiyyəsindən verilən açıqlamada baxıcının həyatına təhlükə olmadığı, hazırda xəstəxanada müşahidə altında saxlandığı qeyd edilir. Bələdiyyənin açıqlamasında “vəziyyət nəzarət altındadır. Baxıcı mümkün risklər nəzərə alınaraq bir müddət həkimlərin müşahidəsi altında saxlanacaq. Heyvanat bağçası ziyarətçi qəbulunu davam etdirir”. Türkiyə mediasında yer alan xəbərdə aslanın qəfəsdən çıxmasını görən təhlükəsizlik əməkdaşlarının təcili həyəcan siqnalı verdiyi, həmin vaxt zooparkda olan ziyarətçilərin də ərazidən təxliyə edildiyi bildirilir. Zooparka giriş-çıxış bir müddət bağlanıb. Xeyli sayda təhlükəsizlik əməkdaşı, xilasetmə qrupu, polis və həkimlər hadisə yerinə cəlb edilib. Qəfəsdən çıxmış aslan qısa zamanda təsirsiz hala gətirilib və qəfəsə salınıb.