Qardabanidə kür çayında gənc oğlan axtarılır

Gürcüstanda Kür çayının Qardabani rayonu ərazisindən keçən hissəsində 17 yaşlı yeniyetmə axtarılır.

24News.ge xəbər verir ki, gəncin balıq tutmaq üçün çaya getdiyi, daha sonra isə çayda boğulduğu ehtimal edilir.

Əraziyə xilasedici qruplar gələrək saat 18:00-dan etibarən axtarış işlərinə başlayıblar.