QANLI OLAY! - Keçmiş nişanlısını küçənin ortasında güllələdi 

Türkiyənin Mersin vilayətində  Barış Can Uçuk keçmiş nişanlısı Raziye Oskayı küçənin ortasında tapança ilə öldürüb.
"Sherg.az" xəbər verir ki, hadisə səhər saatlarında Toroslar mahalı, Hüseyn Okan Merzeci məhəlləsində baş verib. 
24 yaşlı Barış Can Uçuk işə getmək üçün evdən çıxan keçmiş nişanlısı 25 yaşlı Raziye Oskayın yolunu kəsib. Silahını çəkən B.C.Uçuk bir-birinin ardınca Raziye Oskaya atəş açıb. Güllələrə tuş gələn Oskay qan içində yerə yıxılıb.

Ətrafdakıların xəbərdarlığı ilə bölgəyə göndərilən təcili yardımla Raziye Oskay Mersin Universiteti Tibb Fakültəsinə aparılıb. Müalicə altına alınan Oskay, həkimlərin bütün səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra nəzarətə alınan Barış Can Uçuk ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

Mənbə: HABER GLOBAL