20 günlük körpəyə işgəncə verdilər

“Ana” və “ata” həbs edildi

   İstanbulun  Bahçelievlər Zəfər məhəlləsinin sakinləri Tekin və Merve Ö. polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Bu barədə "Şərq" “Milliyet.com”a istinadən xəbər verir. Məlumata görə, 20 gün əvvəl dünyaya gəlmiş, Yağmur adı qoyulmuş körpənin vəziyyəti ağırlaşdığı üçün valideynləri onu xəstəxanaya aparıb. Həkim müayinəsi zamanı körpənin sümüklərinin qırıq, bədənində isə yanıq izləri olduğu müəyyənləşib.

Yanıq izlərinin siqaret kötüyündən yarandığı ehtimalı üzərində dayanılıb. Körpəyə işgəncə verildiyi şübhəsiylə polisə xəbər verilib və körpənin valideynləri saxlanılıb. Körpə Yağmurun anası polisə verdiyi ifadədə “yuxulu vəziyyətdə körpənin üstünə yıxılmışam, sümüklərində qırıqlar bu səbəbdəndir”, söyləyib. 

 Yanıq izləri barədə isə “hava soyuq idi, onu isitməyə çalışırdım”, deyib. Qadının ifadələrindən şübhələnən polis onu nəzarət altına alıb və istintaq başladılıb.

 Körpənin atası isə körpənin vəziyyətindən xəbərsiz olduğunu deyib və azad edilib. Körpə Yağmur  4 ay xəstəxanada müalicə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.