FİLM KİMİ OLAY! - Ölən anasından öz xətti ilə məktub aldı

ABŞ-da bir qadın ölən ailəsindən məktublar almağa başlayıb.
“Sherg.az” Milliyyet-ə istinadən xəbər verir ki, Nyu Yorklu bir qadın 1960-cı illərə aid ardıcıl məktublar alıb.  Carol Hover adlı bu qadın, ilk məktubunun 30 avqust 1960-cı ildə poçtla göndərildiyi kimi qeyd edildiyini və mərhum anası tərəfindən göndərildiyini bildirib:

"İlk diqqətimi çəkən anamın əl yazısı oldu. Anam 2014-cü ildə vəfat edib. Mən məktubun 1960-cı ilin avqustunda Kanadadan göndərildiyini gördüm. Bu, onların bal ayında olduğu vaxtdır. "

Məktubu poçt şöbəsinə aparan C. Hover başqa şok ilə qarşılaşıb. İşçilərin sözlərinə görə, burada Hoveri daha iki məktub gözləyirdi. Bu hadisədən sonra Hover və onun əmisi oğluna da keçmişdən daha çox açıqcalar gəlməyə başladı. Hoverin əmisi oğluna ailəsinin Minnesotadakı keçmiş evinə məktub göndərilib.

"Heç kim, o cümlədən poçt şöbəsindəkilər, bu məktubların bizə necə və niyə çatdığını bilmir"-, Hover söyləyib.

Bu müəmmaya baxmayaraq, Hover ailəsinin məktubların poçt qutusuna gəldiyini görməkdən çox məmnun olduğunu söyləyib.

"Yeni məktubun üzərində anamın və ya atamın əl yazısını görmək həqiqətən xoş idi. Bu, gözəl idi. Ona görə də məktublarla bağlı izahat verilib-verilməməsi mənim üçün heç bir problem deyil", - Hover əlavə edib.