İtin hücumuna məruz qalan qızın əlləri niyə bağlıdı?


Valideynləri bu görüntülərdən şikayət edəcək

  Pitbull cinsi itin hücumuna məruz qaldıqdan sonra xəstəxanada uzun müddət müalicə alan, bədəninin zədələnmiş hissələrinə dəri nəql edilən 4 yaşlı Asiyə Türkiyənin sevimlisinə çevrilmişdi. Bu günlərdə qızcığazla bağlı yayılan görüntülər isə görənləri şoka salıb. Asiyə boynuna ip salınmış, əlləri bağlanmış vəziyyətdədir. Anası isə “otur, ya da dilini çıxart. Bundan sonra sənə telefon yox, küçəyə çıxmaq, parka getmək yasaq, uşaqlarla oynamaq yasaq, oyuncaq yasaq! Bundan sonra səni bu otaqda bağlı saxlayacam, qarşına yeməyi də itə verilən kimi qoyacam. Oturub yeyərsən ” dediyi görünür. Görüntülərin nə zaman çəkildiyi və kim tərəfindən yayıldığı bilinmir. Asiyənin atası Hüseyin  A. isə övladlarına heç bir zaman işgəncə etmədiklərini söyləyərək bu görüntülərlə bağlı polisə şikayət etdiyini deyib: “Övladımıza heç vaxt şiddət göstərmədik. Bu görüntülər qəsdən  yayılıb. Biz övladımıza kiçicik bir zərər də verməmişik. Bu görüntülərlə bağlı şikayət edəcəyəm”.