Metroda gediş haqları artırılır? – Qurum sözçüsü:“Qiymətlərə yenidən baxılması...”

Son günlər ictimai nəqliyyatda, məxsusi olaraq metroda gediş haqlarının artacağına dair müxtəlif fikirlər səsləndirilir.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin ( QSC ) Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Sherg.az"a açıqlamasında iddialara aydınlıq gətirib:
"Qiymətlərin tənzimlənməsi ilə bağlı "Bakı Metropoliteni"  QSC-nin hər hansı səhaliyyəti yoxdur. Metropoliten yalnız sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Amma metropoliten aidiyyəti dövlət qurumlarına, o cümlədən Tarif Şurasına hesabatlar verir. Qiymətlərin tənzimlənməsi, yenidən baxılması ilə bağlı müraciət isə olmayıb".